Metropolitendən yeni sosial layihə: <span style="color:red;">işğal olmuş rayonlar haqda stendlər
22 iyul 2016 17:03 (UTC +04:00)

Metropolitendən yeni sosial layihə: işğal olmuş rayonlar haqda stendlər

İyulun 22-dən Bakı metropoliteninin stansiyalarında işğal altında olan torpaqlarımıza həsr olunmuş növbəti sosial layihəyə start verilib. Metropolitendən Lent.az-a verilən məlumata görə, tədbir çərçivəsində “Azadlıq prospekti”, “Nəsimi”, “Elmlər Akademiyası”, “Nizami”, “28 May”, “Qara Qarayev”, “Neftçilər”, “Koroğlu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında işğal altında olan ərazilərimiz haqqında məlumatlar xüsusi tərtib olunmuş stendlərdə nümayiş etdirilir.

 

Statik lövhələrdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız haqqında ümumi məlumatla yanaşı, ərazilərimizin işğal tarixi, vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz vətəndaşlarımıza bir daha xatırladılır. Layihənin məqsədi bu hadisələri yaddaşlarda möhkəmləndirmək, eləcə də şəhərimizə təşrif buyuran əcnəbi qonaqların işğal olunmuş ərazilərimizə diqqətini cəlb etməkdir.

 

Stendlərdə Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları haqqında məlumatların əks olunması əhali arasında, xüsusən də gənclərdə vətənpərvərliyin təbliğinə və tərənnümünə yönəldilmiş aksiyanın davamıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar