Mətbuat Şurasının yeni İdarə Heyəti – SİYAHI
11 iyul 2013 15:47 (UTC +04:00)

Mətbuat Şurasının yeni İdarə Heyəti – SİYAHI

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə edilən dəyişikliyə əsasən, qurumun 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət yeni İdarə Heyəti seçilib.APA-nın xəbərinə görə, həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil edir. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si ictimaiyyətdən olub.


 

İdarə Heyətinin üzvlüyünə mətbu nəşrlərdən Mətbuat Şurasının sədri Əflatun Amaşov (233 səs), Vüqar Rəhimzadə (219 səs), Umud Mirzəyev (217 səs), Rəşad Məcid (201 səs), Bəxtiyar Sadıqov (198 səs), Tapdıq Abbas (162 səs), Aydın Quliyev (133 səs) və Rauf Arifoğlu (127 səs) seçilib.

 

İctimaiyyəti təmsil edənlərdən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli (223 səs), Milli Məclisdən Aqil Abbas (190 səs), Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli (188 səs), Milli Məclisdən Cavanşir Feyziyev (134 səs), BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev (129 səs), Milli Məclisdən Musa Qasımlı (125 səs) İdarə Heyətinə üzv seçiliblər. İctimaiyyətdən ehtiyat üzvlüyə İlham İsmayılov (116 səs) və Nəsir Əhmədov (110 səs) layiq görülüb.

İnternet portallar - yeni mediadan “APA Holding”in prezidenti Vüsalə Mahirqızı 198 səslə, Rasim Əliquliyev 160 səslə, Azər Həsrət 175 səslə Mətbuat Şurası İdarə Heyətinin üzvü seçiliblər. Ehtiyat yerə isə Sevda Həmidova (167 səs) layiq görülüb.

Mətbuat Şurasının Nizamnaməsinə edilən dəyişikliklərə əsasən, əgər qurum indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, Nizamnamə dəyişikliyi internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məqamları da nəzərdən keçirməyə zəmin yaradacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016
avatar

Oxşar yazılar