Görkəmli şair Məmməd İsmayılın qızı İntizar İsmayıl İTV-dəki vəzifəsindən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
İ.İsmayılın AzNews.az-a verdiyi məlumata görə, o, hazırda İTV-dəki işini davam etdirir: “Mənim İctimai TV məsələmdə anlaşılmazlıq yaranmışdı. Hal-hazırda İTV-də fəaliyyətimi davam etdirirəm.
Bu məsələnin AzTV sədri Arif Alışanova heç bir aidiyyatı yoxdu. Mən onu çoxdan tanıyıram. Atam şair Məmməd İsmayıl Arif müəllimə yaxşı münasibət bəsləyir və A.Alışanov atasına görə övladını işdən çıxaran şəxslərdən deyil. Mən özüm də atama görə cavabdeh deyiləm.
Anam əməliyyat olunarkən saytdan atama Qulu Məhərrəmlinin adından zəng olub və sual verilib. Atam da stressdə olduğundan nə cavab verəcəyini bilməyib”.
Xatırladaq ki, bir müddət əvvəl İ.İsmayılın İTV-dəki işindən çıxarılması ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, o, atası, şair Məmməd İsmayılın AzTV-nin rəhbəri Arif Alışanov haqqında verdiyi açıqlamaya görə işdən çıxarılıb".