Məleykə Abbaszadə yenə dərsliklərdən danışdı
18 oktyabr 2013 18:15 (UTC +04:00)

Məleykə Abbaszadə yenə dərsliklərdən danışdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanması və yenidən nəşri ilə bağlı yeni təkliflər irəli sürüb.


 

TQDK sədri Məleykə Abbaszadə APA-ya müsahibəsində deyib ki, orta məktəblərdə siniflər üzrə olan dərsliklərin hər birinin öz yaralı nöqtələri və problemləri var.

 

Onun sözlərinə görə, bütün dərsliklərlə əlaqədar fikir mübadiləsi və virtual meydana çevriləcək dərslik portalının yaradılması bu prosesə çox böyük töhfə verəcək.

 

M. Abbaszadə qeyd edib ki, yeni dərsliklər qəbul olunmadan öncə onların 1 il ərzində istifadə olunaraq müzakirə edilməsini təşkil etmək lazımdır: “Ondan sonra dərsliklər tenderdən keçdikləri halda, çap edilərək hamıya çatdırılmalıdır. Mən onun tərəfdarıyam ki, müəyyən dərsliklər variativ olsunlar. Məktəblərə bir dərslik yox, bir neçə dərslik təqdim olunsun və müəllimlər, məktəblər hansı dərslik əsasında tədris prosesini qurmalarını özləri seçsinlər. Təbii ki, burada müəllimlər onlar üçün daha rahat olan dərslikləri seçəcək. Bu da bir növ ictimaiyyətin seçimi kimi müəyyən olunur. Dərsliklərlə bağlı proseslər ümumi işlərdir və onları addım-addım həyata keçirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar