Məktəblərin müstəqilliyi artırılacaq ?
10 may 2013 12:13 (UTC +04:00)

Məktəblərin müstəqilliyi artırılacaq ?

Xaricdə təhsil almaq ucun tələbələri göndərən şirkət və ya təşkilatlara lisenziyaları Təhsil Nazirliyi vermir. Bu barədə Lent.az-a nazirlikdən bildirilib. Lisenziya yalnız Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş təh­sil müəssisələrinin fəaliyyətinə verilir.

 

Təhsil Nazirliyi valideynlərin məktəblərin idarə olunmasında və təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolunun artırılması məsələsinə də aydınlıq gətirib.Nazirlikdən verilən məlumatda qeyd olunur ki, məktəblərin idarə olunmasında, təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolunun artırılması ilə bağlı islahatlar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan istiqamətdə aparılacaq. Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlu tədbirlərlə gerçəkləşdiriləcək.

 

Qeyd edək ki, təhsil naziri jurnalistlərə açıqlamasında bildirmişdi ki, məktəblərin idarə olunmasında və təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolu artırılmalıdır və bunun üçün islahatlar aparılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar