Məhkumlar üçün təlim keçirilib
29 aprel 2013 18:36 (UTC +04:00)

Məhkumlar üçün təlim keçirilib

ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2013” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin  13 saylı CÇM-də baxış - monitorinq və təlim həyata keçirilib. Lent.az-ın məlumatına görə, monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.

 

Müəssisənin daxilində təmir və yenilənmə işləri görülüb. Ötən monitorinqin nəticələri ilə müqayisədə müəssisədə saxlanma şəraiti yaxşılaşdırılıb. Lakin müəssisəyə gedən yol keçilməz vəziyyətdədir.

 

Eyni zamanda müəssisədə məhkumlar üçün “Məhkumların müraciət və şikayət etmə hüququ” mövzusunda təlim keçirilib. Təlimdə 200-ə qədər nəfər məhkum iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557
avatar

Oxşar yazılar