Növbəti ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,0 faiz olmaqla (əvvəlki illə müqayisədə 2,3 % çox), mütləq ifadədə 652,7 mln. manat təşkil edəcək.
Lent.az-ın məlumatına görə, növbəti il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə ayrılan vəsaitin 140,9 mln. manatı və yaxud 21,6 %-i mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə, 66,9 mln. manatı və yaxud 10,3 faizi radio, televiziya və nəşriyyat, 444,9 mln. manatı və yaxud 68,1 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizm və digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönəldiləcək.