Məcburi köçkünlərin avtomobilləri şəhərə şərtsiz buraxılacaq
03 iyun 2015 17:34 (UTC +04:00)

Məcburi köçkünlərin avtomobilləri şəhərə şərtsiz buraxılacaq

“Məcburi köçkünlərin avtomobillərinin qeydiyyatından asılı olmayaraq Bakı şəhərinə girişi sərbəstdir”. Lent.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, Avropa Oyunları ilə bağlı avtomobillərin paytaxta girişinə qoyulan qadağanın məcburi köçkünlərə aidiyyatı yoxdur: “Məcburi köçkünlərin avtomobillərinin rayon və yaxud Bakı qeydiyyatında olmasından asılı olmayaraq şəhərə girişinə qadağa qoyulmayıb. Həmçinin ağır xəstəlik, təxirəsalınmaz bir vəziyyət olarsa, istisna kimi şəhərə giriş üçün icazə verilə bilər”.

 

Xatırladaq ki, I Avropa Oyunları ilə əlaqədar olaraq şəhərdə nəqliyyatla bağlı problemlərin olmaması məqsədi ilə qəbul edilən qərara görə, iyunun 1-dən rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar