5 nəfəri ilan sancıb, biri ölüb
02 iyun 2015 15:56 (UTC +04:00)

5 nəfəri ilan sancıb, biri ölüb

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5  nəfər ilan sancması faktı ilə müraciət edib. Bu barədə Lent.az-a Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, ilan sancma halları daha çox  Şamaxı, Cəlilabad, Qax, Samux, Qəbələ, Horadiz bölgələrində baş verib.

Qaxda baş vermiş ilan sancma hallarından biri ölümlə nəticələnib.

İyun ilk iki günündə isə iki nəfər bu şikayətlə  Toksikologiya şöbəsinə müraciət edib. Azər Maqsudovun sözlərinə görə, ötən ay ərzində bir əqrəb sancma halı yaşanıb.

A. Maqsudov havaların isinməsini nəzərə alaraq ilan və əqrəb sancmalarından qorunmaq üçün əhaliyə xəbərdarlıq edib: “Əhali, xüsusən isti havalarda dağlıq, yaşıllıq bölgələrə istirahətə gedən sakinlərimiz otluq, meşəlik yerlərdə diqqətli olmalıdır. Əgər sancma hadisəsi yaşanarsa, ilkin yardım olaraq həmin bölgəni yod məhlulu ilə yuyub cuna ilə qısa müddətli bağladıqdan sonra xəstə  mütləq həkimə çatdırılmalıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230

Oxşar yazılar