Martın 31-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq. Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
ETSN-dən Lent.az-a bildirilib ki, qeyri-sabit hava şəraiti aprelin 1-ə kimi davam edəcək.