Martın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 9-14 dərəcə, Bakıda gecə 6-8 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.