Gələn aydan magistraturaya sənəd qəbulu başlayır
11 yanvar 2016 11:21 (UTC +04:00)

Gələn aydan magistraturaya sənəd qəbulu başlayır

 

Magistraturaya sənəd qəbulu 2016-cı ilin fevral ayında aparılacaq.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbul imtahanı bu il də iki mərhə­lədə keçiriləcək. İmtahanın birinci mərhələsinin 2016‑cı ilin mart ayında, ikinci mərhələsinin isə may ayında keçirilməsi nəzərdə tutulur.

Bildirək ki, birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarına həm çoxseçimli, həm də açıq formalı test tapşırıqları daxil ediləcək. Bunlara aid nümunələr “Magistr” xüsusi buraxılışının 2-ci sayında verilə­cək.

Bundan başqa , qəbul qaydalarına görə, imtahanın birinci mərhə­ləsindəki nəticələri TQDK tərəfindən müəyyənləşdirilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hü­qu­qu qazanacaqlar. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək.

Qeyd edək ki, “Magistr” jurnalının çapdan çıxan 1-ci sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilib. Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə model testlər, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

Oxşar yazılar