Magistraturaya qəbul planı artırıldı
31 may 2013 18:27 (UTC +04:00)

Magistraturaya qəbul planı artırıldı

Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013-2014-cü tədris ili üçün qəbul planı təsdiq edilib.

Bu barədə Lent.az-a TQDK-dan məlumat verilib. Qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı 1616-dır.

Qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84% artıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılan plan yerləri, dövlət sifarişinin proqnozu “Magistr” xüsusi buraxılışının 4-cü sayında dərc olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658

Oxşar yazılar