Magistratura və rezidenturanın II mərhələsinin seçimi başladı - <span style="color:red;">YENİLƏNİB
04 may 2017 14:33 (UTC +04:00)

Magistratura və rezidenturanın II mərhələsinin seçimi başladı - YENİLƏNİB

0

 

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır.

 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 4-dən 22-dək qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

 

Bildirək ki, ixtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 5-də keçiriləcək.

 

 

**

 

14:24

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına aprelin 9-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.

 

 

Dövlət İmtahan  Mərkəzindən Lent.az-a verilən məlumata görə, bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 4-dən 22-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

 

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 4 iyunda keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

 

Qeyd edək ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə 50 test tapşırığı təqdim olunmaqla (müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. Bax: Magistr jurnalının 3-cü sayı) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar