<b>Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək</b>
02 iyun 2016 13:53 (UTC +04:00)

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 5-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. 

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində ümumilikdə 16 imtahan mərkəzində aparılıcaq.  İmtahan saat 13:00-da başlayacaq.


Bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. 
 

Qeyd edək ki, qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 3-dən 10-dək aparılıb və 9061  nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8142 nəfəri Azərbaycan bölməsi, 919 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3299 nəfərini oğlanlar, 5762 nəfərini qızlar təşkil edir. 5045 nəfər ali təhsil müəssisələrinin builki, 4016 nəfər isə əvvəlki illərin məzunudur. 32 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 60 imtahan rəhbəri, 677 nəzarətçi-müəllim ayrılıb. 

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.      

 

 

# 253
avatar

Oxşar yazılar