Təzə yarpaqdan dolmanı necə hazırlayaq? - <span style="color:red;">Usta öz sirlərini açır  - <span style="color:red;">Lent.az-ın mətbəxi
30 may 2019 16:49 (UTC +04:00)

Təzə yarpaqdan dolmanı necə hazırlayaq? - Usta öz sirlərini açır - Lent.az-ın mətbəxi

Bu gün Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə Lent.az -ın əməkdaşı sosial şəbəkədə şox məşhur olan "Bizim Mətbəxdən"-nin ustasının sirlərini sizə təqdim edir. Beləliklə, yaxın oturun yarpaq dolması hazırlayaq. 
 
Yarpaq dolmasının hazırlanması.
 
İçindəkilər
 
200 qr ət
 
1 ədəd soğan
 
Yarpaq ( gözə yarı seçilir)
 
30 qr yumru düyü 
 
1 çay qaşığı yarım duz
 
1 çay qaşığı sarıkök 
 
Yarım çay qaşığı qırmızı istiot
 
Nanə qurusu 1 çay qaşığı
 
Keşniş, şüyüd, hərəsindən 3-4 dənə
 
Hazırlanması:
 
Yarpağın saplaqlarını qırıb pörtlədirik. Sonra əti maşından keçiririk, soğanı suyu çıxmamağı üçün əlimizdə içinə doğrayırıq və düyünü yuyub əlavə edirik. Onları qarışdırıb 1 qazana yağ tökürük və yağı qızdırıb əti içinə əlavə edirik. Duz, istiot və sarıkök qatılır sonra göyərtilər nanə qurusu, keşniş, şüyüd əlavə edilib 10 dəqiqəyədək pörtlədirik. Əti ocaqdan götürüb yarpaqların içinə bükürük. Daha sonra səliqəli çıxması üçün sapla qazana düzürük. Sonra üstünə boşqab qoyub 40 dəqiqəyədək bişiririk. Dolmalar hazır olduqdan sonra, süfrəyə çəkirik. Yeyərkən zövqə uyğun qatıq və ya sarımsaqdan istifadə edirik.
 
Nuş olsun

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953

Oxşar yazılar