Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
Departamentin Hidrometeoroloji Proqnozlar Büroosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi günün ikinci yarısından mülayimləşəcək. Havanın temperaturunun gecə 17-22 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 21-də şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 17-22 dərəcə, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.
Hava şəraitinin iyunun 22-də gündüzdən başlayaraq mülayimləşəcəyi gözlənilir. Son günlər respublikada müşayiət olunan hava şəraiti atmosfer təzyiqi sahəsinin dəyişməsi ilə əlaqədardır.