Lent.az-ın əməkdaşları “Həsən bəy Zərdabi” mükafatı ilə təltif edildi
21 iyul 2015 22:33 (UTC +04:00)

Lent.az-ın əməkdaşları “Həsən bəy Zərdabi” mükafatı ilə təltif edildi

İyulun 21-də Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan milli mətbuatının 140 illiyi münasibətilə mətbuatda, tele-radioda, eləcə də elektron mediada peşəkar çıxışları ilə diqqət çəkən bir qrup jurnalisti “Həsən bəy Zərdabi” mükafatı ilə təltif edib.

 

Lent.az-ın məlumatına görə, mükafatları Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı təqdim edib.

 

Mükafat alanlar arasında Lent.az saytının əməkdaşları da var. Vüsalə Məmmədova publisistik yazılarına, Sevda Sultanova isə mədəniyyət sahəsində yazılarına görə “Həsən bəy Zərdabi” mükafatına layiq görülüblər.

 

Bundan başqa, Aynur Kərimli (BDU, jurnalistika fakültəsi) jurnalistikanın tədrisindəki uğurlarına və elmi nailiyyətlərinə, Rövşanə Asəfqızı (ANS TV) “Bazar səhəri” proqramına, Mənzərə Sadıqova (publisist) “YaşaM” fəlsəfi - publisistik kitabına, Rafiq Hacıyev (AJB üzvü) hüquq - ədliyyə və kriminalistika sahəsində silsilə məqalələrinə, Məhsim Məhsimov (Region TV Xaçmaz) bölgə televiziyasının inkişafına verdiyi dəstəyə, Səmayə Məmmədova (Gənclər və İdman Nazirliyi) ictimaiyyət və mətbuatla əlaqələrin qurulmasında uğurlarına, Yeganə Nəbiyeva (“Mingəçevir işıqları” qəzeti) region mətbuatının inkişafında fəallığına görə “Həsən bəy Zərdabi” mükafatı alıb.

 

Mükafatçılar sırasında həmçinin, Aida Eyvazlı (Kulturaplus.az), “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova, “Azadlıq” qəzetinin köşə yazarı Səadət Cahangir, Ekspress” qəzetinin əməkdaşı Qalib Məmmədli, operativ reportajları maraqla izlənilən “Turan” İnformasiya Agentliyinin əməkdaşı Tapdıq Fərhadoğlu və “Xalq qəzeti”nin əməkdaşı Əli Nəcəfxanlının da adı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar