Külək, yağış, dolu...- <span style="color:red;">Sabahın havası
01 iyun 2015 12:49 (UTC +04:00)

Külək, yağış, dolu...- Sabahın havası

İyunun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 Havanın temperaturu Aran rayonlarında gecə 17-22 , gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264

Oxşar yazılar