Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi istefa verib
13 yanvar 2016 10:40 (UTC +04:00)

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi istefa verib

 

 

 

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

 

Lent.az-ın "Report"a istinadən məlumatına görə, V.Hüseynov öz ərizəsi ilə vəzifəsindən azad edilib.

 

Onun Komissiya Katibliyindən azad olunmasına səbəb 2015-ci ildə V Çağırış Milli Məclisə keçirilən seçkilərdə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülməklə deputat seçilməsi olub.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi vəzifəsinə hələ təyinat olmayıb.

Qeyd edək ki, V.Hüseynov parlament seçkilərində 91 saylı Ucar seçki dairəsindən deputat seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar