Kolleclərə müsabiqə şərtləri açıqlandı
04 iyun 2015 17:20 (UTC +04:00)

Kolleclərə müsabiqə şərtləri açıqlandı

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kolleclərə və V qrupa qəbulla bağlı müsabiqə şərtlərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə biləcək.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə biləcək.

Qeyd edək ki, buraxılış imtahanında bir düz sual 1 balla hesablanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar