Kolleclərə qəbul olanların qeydiyyatı başa çatır
27 iyul 2016 11:40 (UTC +04:00)

Kolleclərə qəbul olanların qeydiyyatı başa çatır

0

9 illik təhsil bazasında kolleclərə qəbul olanların təhsil müəssisələrində qeydiyyatı sona çatır. TQDK-dan Lent.az-a verilən məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar iyulun 29-u, saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

 

 İyulun 27-i, saat 10:00-a olan məlumata əsasən, kolleclərə qəbul olan 8922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar