Bu jurnalistlər IV atıcılıq turnirinin qalibi oldular - <span style="color:red;">FOTO
06 may 2017 14:29 (UTC +04:00)

Bu jurnalistlər IV atıcılıq turnirinin qalibi oldular - FOTO

0

 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti may ayının 6-da “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında KİV nümayəndələri arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV atıcılıq turniri keçirib.

 

 

Qurumdan Lent.az-a verilən məlumata görə, yarışa qoşulmaq üçün KİV nümayəndələrindən yaradılmış 21 komanda müraciət edib.  

 

Turniri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açıb. O, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd edib. Z.Abdullayev bildirib ki, ölkədə mətbuat üzərindən senzuranın götürülməsi və bu sahəyə xüsusi dövlət qayğısının göstərilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli Lider Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ölkədə kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verib, fikir, söz və məlumat azadlığının təmin edilməsinə dövlət dəstəyini təmin edib. Azərbaycanda insan hüquqları, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətinə müsbət təsir göstərib və bu sahədə müsbət nəticələr əldə olunub”.  

Daha sonra media təmsilçilərinə təhlükəsizlik qaydaları barədə təlimat verilib və yarışa başlanılıb.

Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri “Trend-Milli.az”, II yeri Lider Televiziyası, III yeri Səs İnformasiya Agentliyinin əməkdaşlarından ibarət komandalar tutub. Qaliblərə kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar