Kəmaləddin Heydərov Zaqatalada qəbul keçirdi
13 sentyabr 2013 23:05 (UTC +04:00)

Kəmaləddin Heydərov Zaqatalada qəbul keçirdi

Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda vətəndaşları qəbul edib.

APA-nın xəbərinə görə, qəbulda Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri iştirak edib.

K. Heydərov tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bu gün keçirilmış qəbulda şimal-qərb bölgəsində baş vermiş zəlzələdən sonra problemi yaranmış 700 nəfərdən artıq vətəndaş nazir müavinləri və digər qurum rəhbərləri tərəfindən qəbul edilib. Kadr məsələləri ilə bağlı müraciət etmiş 125, digər məsələlərlə bağlı müraciət etmiş 35 nəfər vətəndaş da nazirliyin baş idarələrinin və digər qurum rəhbərləri tərəfindən qəbul olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869
avatar

Oxşar yazılar