Nazir Goranboyun Tapqaraqoyunlu kəndində oldu
30 yanvar 2016 00:21 (UTC +04:00)

Nazir Goranboyun Tapqaraqoyunlu kəndində oldu

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 29-da Goranboy rayonunun Tapqaraqoyunlu kəndində olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir kənd sakinləri ilə görüşüb.

 

K. Heydərov sakinlərin problemləri ilə maraqlanıb, qəzalı vəziyyətdə olan evlərə baxış keçirərək, tədbirlər görülməsi üçün tapşırıq verib.

 

Sakinlər ermənilərin kəndə məxsus ərazilərdə və əkin sahələrində  qəsdən törətdikləri yanğınların daha operativ söndürülməsi üçün kənddə yanğından mühafizə bölməsinin yaradılması ilə bağlı müraciət ediblər.

 

Nazir bölmənin yaradılması və ərazidə yanğınlarla fasiləsiz mübarizənin təmin edilməsi üçün tapşırıq verib.

 

Sakinlər əhaliyə göstərdiyi xüsusi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, bu gün K. Heydərov Naftalan şəhərində vətəndaşların qəbulunu keçirib və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417
avatar

Oxşar yazılar