Kəlbəcər ziyalıları tədbir keçirib
19 sentyabr 2013 15:32 (UTC +04:00)

Kəlbəcər ziyalıları tədbir keçirib

Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət ocağı ictimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ölkə başçısı İlham Əliyevin fəaliyyətindən bəhs edən videoçarxa baxıblar. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbir haqqında iştirakçılara geniş məlumat verərək qeyd edib ki, seçki marafonunu başlayan andan Xəzər rayonunun Qala qəsəbəsində məskunlaşan kəlbəcərli məcburi köçkünlərlə görüş keçirilib: “Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri üçün hər cür infrastrukturu olan yaşayış evləri tikilərək onların istifadəsinə verilmişdir. Bu qəbildən olan insanların sosial problemlərinin həlli istiqamətində çox saylı dövlət proqramları qəbul edilib”.

 

Tədbirdə Yeni Azərbaycan partiyasının Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov, Kəlbəcər ziyalılarından professor Musa Kazımov, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil, Vəlyəddin İsmayılov, Tibb Universitetinin müəllimi Nağdali Zamanov çıxış ediblər.

 

Çıxış edənlər və seçicilər öz çıxışlarında seçkidə İlham Əliyevə səs  verəcəklərini bildiriblər.

# 861
avatar

Oxşar yazılar