Keçən il 300-dən çox uşaq üzərində ürək əməliyyatı keçirilib
27 yanvar 2016 12:51 (UTC +04:00)

Keçən il 300-dən çox uşaq üzərində ürək əməliyyatı keçirilib

Keçən il 300-dən çox uşaq üzərində ürək əməliyyatı keçirilib

 

Bu gün M,A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində uşaqlar üzərində keçirilən kardiocərrahiyyə əməliyyatları ilə bağlı mətbuat konfransı keçirilib.

 

Lent.az-ın məlumatına görə, artıq 2011-ci ildən Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində ürək əməliyyatlarının keçirilməsinə başlanıb.

 

Elmi Cərrahiyyə İnstitutunun direktoru Böyükkişi Ağayev deyib ki, dünya statistikasına görə, anadan olan hər min uşaqdan 8-12-də ürək qüsurlarına təsadüf olunur. Azərbaycanda isə bu göstərici 2-3 dəfə azdır.

 

B. Ağayev əlavə edib ki, Uşaq Cərrahiyyə Mərkəzi fəaliyyətə başladığı gündən 2015-ci ilə kimi Azərbaycanda təxminən mindən çox uşaqda ürək əməliyyatı aparılıb:” Bütün əməliyyatların nəticələri dünya göstəricilərinə uyğundur. Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən bu  əməliyyatların bütün təchizatı tamamilə ödənişsiz və dövlət hesabına keçirilir”.

 

Elmi-Cərrahiyə mərkəzinin baş həkimi Əliyev Yusif bildirib ki,  2011-ci ildə 78 uşaq əməliyyat olunmuşdusa, bu gün bu əməliyyatların sayı 300-ü keçib: ”2011-2012-ci illərdə respublikada ürək əməliyyatı üçün  700-800 uşaq növbə gözləyirdisə, artıq ötən ilin statistikasına nəzər salsaq bu say azalıb. Bu günə qədər keçirilən əməliyyatların 100-ü qapalı, qalanları açıq ürək əməliyyatı olub . Keçən il 300-dən çox uşaq üzərində ürək əməliyyatı keçirilib“.

 

Uşaq Kardiocərrahiyyə Mərkəzinin rəhbəri Elnur Həsənov qeyd edib ki, əməliyyat olunan ən balaca xəstə 1 günlük, ən böyük xəstə isə 17 yaşında olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333
avatar

Fərizə Əhmədova

Oxşar yazılar