Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək
27 iyun 2015 13:35 (UTC +04:00)

Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov iyunun 30-da saat 11.00-da Göyçayda Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri dinləniləcək.

 

Qeyd edək ki, qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 81) 29 iyun 2015-ci il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar