Jurnalistlər Şamaxıya toplaşırlar
31 may 2013 10:33 (UTC +04:00)

Jurnalistlər Şamaxıya toplaşırlar

Azərbaycanda bir qrup jurnalistin təmsil olunduğu “Mətbuat Qeyri-rəsmi” Qrupu (MQR) jurnalistləri növbəti dəfə, yeni yay mövsümünün başlanması ərəfəsində, iyunun 1-də Şamaxıda toplayacaq. MQR – dan Lent. az-a verilən məlumata görə, jurnalistlər bu dəfə Şamaxıda toplaşaraq peşə mübadiləsi aparacaq, eyni zamanda gərgin işdən sonra əyləncəli gün keçirəcəklər.

Jurnalistlər eyni zamanda Şamaxı Rəsədxanası ilə də tanış olacaqlar. Səfər və toplantı jurnalistlərin şəxsi maliyyəsi hesabınadır. Səfərə Azərbaycanın müxtəlif media orqanlarından təxminən 25-ə qədər jurnalist qatılacaq. Bura Lider TV, İctimai TV, ANS, APA TV, Səs TV, eyni zamanda APA, Lent.az, Trend, informasiya agentliklərinin, o cümlədən qafqazinfo.az, Aznews.az saytlarının və digər qəzetlərin əməkdaşları daxildir. Müstəqil yazarlar və jurnalistlər də iştirak edəcəklər.

Qeyd edək ki, jurnalistlərdən Murad Əliyev (TREND) və Mübariz Aslanovun (APA) təsisçiliyi ilə yaradılan “Mətbuat qeyri-rəsmi” Qrupunun əsası keçən ilin yay aylarında sosial şəbəkələrdə media nümayəndələrinin istirahətinin təşkili məqsədilə qoyulub (http://www.facebook.com/groups/metbuat.q.r/). Sonralar bu təşəbbüsün jurnalistlərin arasında geniş rezonans yaratması nəticəsində Qrup fəaliyyətini adına uyğun qeyri-rəsmi formada bir qədər genişləndirib: mütəmadi olaraq Azərbaycanın, eləcə də xarici ölkələrin maraqlı bölgələri ilə jurnalistlərimizin tanışlığı məqsədini qarşıya qoyub. Bura eyni zamanda jurnalistlərin işdən sonra peşə fəaliyyətində təcrübə mübadiləsi, dünya ölkələri jurnalistləri ilə sıx peşə əməkdaşlığı, təcrübə mübadiləsi, eyni zamanda jurnalistlərin kollektiv istirahəti də daxildir.

Qrupun Təşkilat Komitəsi var və bura jurnalistlər Mübariz Aslanov və Murad Əliyev daxildir. Qrupun 200-dən çox üzvü var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658
avatar

Oxşar yazılar