Pensiyaçılara şad xəbər
11 iyun 2015 11:11 (UTC +04:00)

Pensiyaçılara şad xəbər

0

 

Dövlət Sosial Müdafiə Fondu iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

 

DSMF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 1-i, digər rayon və şəhərləri üzrə isə iyun ayının 11-i tarixində tam yekunlaşıb.

 

Ümumilikdə bu ilin 5 ayı ərzində Fondun gəlirləri 1224,9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz və ya 33,6 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 712,4 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 466,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz və ya 36,8 milyon manat çoxdur. Cari ilin 5 ayı ərzində Fondun xərcləri 1213,4 milyon manat olub və bunun 1192,0 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

 

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onların 60,6 faizini yaşa görə, 28,5 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 175

Oxşar yazılar