[b]İyulun 3-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı[/b]
05 iyul 2018 16:37 (UTC +04:00)

[b]İyulun 3-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı[/b]

İyulun 3-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. Lent.az Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə istinadən bildirir ki, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

 

Qeyd edək ki, DİM Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonlarında  yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib.

 

IX sinif üzrə imtahanda iştirakı gözlənilən 32795  şagirddən 766 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

 

XI sinif üzrə imtahanda iştirakı gözlənilən 24830 şagirddən 692 nəfəri imtahana gəlməyib. 36 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. 

 

Bildirək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya Komissiyasına 6 və 9 iyul tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407
avatar

Yasəmən Bağırova

Oxşar yazılar