İsti hava şəraiti davam edəcək
01 avqust 2015 13:02 (UTC +04:00)

İsti hava şəraiti davam edəcək

0

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 30 dərəcəyə yüksələcək

 

Avqustun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, gündüz cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 24-27, gündüz 35-40 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-30 dərəcə isti təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar