İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalıb
14 may 2015 15:45 (UTC +04:00)

İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ( DƏMX) tərəfindən cari ilin aprel ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20-dən 12-yə enib.

Lent.az-ın ƏƏSMN-ın saytına istinadən məlumatına görə, ötən ilin aprel ayında istehsalatla əlaqəli qrup halında 3 bədbəxt hadisə qeydə alındığı halda, son bir ayda iş yerlərində belə hadisə baş verməyib. Həmçinin aprel ayında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 54,5 faiz,  xəsarət alanların sayı isə 50 faiz azalıb.

 Istehsalat qəzalarının sayının azalması əmək qanunvericiliyinə əməl olunmasına, o cümlədən əməyin mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsinin,  həmçinin əməyin mühafizəsi ilə əlaqədar həyata keçirilən ardıcıl təbliğat-maarifləndirmə işlərinin müsbət nəticəsidir.

DƏMX tərəfindən ötən ilin sentyabrında ölkədə ilk dəfə “Təhlükəsiz iş həftəsi”nin, bu il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”nün, aprel ayında isə “Təhlükəsiz iş aylığı”nın keçirilməsi də bu sahədə xüsusi önəm kəsb edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 90
avatar

Oxşar yazılar