İslamiada vaxtı nəqliyyat sisteminə aid məlumatlandırmanı BNA həyata keçirəcək
14 aprel 2017 17:31 (UTC +04:00)

İslamiada vaxtı nəqliyyat sisteminə aid məlumatlandırmanı BNA həyata keçirəcək

 

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçiriləcək.
 
 
BNA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq İslamiadadan əvvəl və yarışlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən "Bakı-2017" xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün BNA-nın rəsmi informasiya mənbələrinə (www.bna.az internet səhifəsi, qurumun "Facebook" səhifəsi, mətbuat xidməti), eləcə də Oyunların internet səhifəsinə (www.baku2017.com) müraciət etməyiniz xahiş olunur. Bununla yanaşı, oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında ən son məlumatların "AvtoRadio" (107.7 FM) vasitəsilə də ictimaiyyətə yayılması təmin ediləcək.
 
 
Məlumatlandırma ilə yanaşı, BNA IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Oxşar yazılar