İş yerini dəyişmək istəyən müəllimlər 4 vakant yer seçə bilər
02 iyun 2016 12:40 (UTC +04:00)

İş yerini dəyişmək istəyən müəllimlər 4 vakant yer seçə bilər

0

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

 

Nazirlikdən Lent.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az internet saytında qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət etməlidirlər. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaq.

 

Qeyd edək ki, ötən illərdən fərqli olaraq, müsabiqənin keçirilməsi qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaq. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 649

Oxşar yazılar