İran səfiri baş vermiş faciə ilə bağlı başsağlığı verib
19 may 2015 16:43 (UTC +04:00)

İran səfiri baş vermiş faciə ilə bağlı başsağlığı verib

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin 19 may baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib. Səfirlikdən Lent.az-a verilən məlumata görə, səfir başsağlığı məktubunda Bakı şəhəri Binəqədi rayonu yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirib. Möhsün Pakayin bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbr diləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar