Prezident İlham Əliyev Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyi təsdiqləyib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsi ləğv edilib.
Qeyd edək ki, 234-cü maddə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam verməni nəzərdə tutur.