İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olundu
21 aprel 2016 15:54 (UTC +04:00)

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olundu

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”  qanuna dəyişlik edilməsi ilə bağlı fərman imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,  fərmana əsasən, qanunun  465-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilib:

 

“Qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanına və ya siyasi partiya tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın daxil edilməməsinə görə -”.

 

43.1-ci maddəyə “459.2,” rəqəmlərindən sonra “462 (siyasi partiyalara münasibətdə)” sözləri əlavə edilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar