Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişikliklər edib.
Lent.az-ın verdiyi məlumata görə, qərara əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu dəyişib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İnzibati orqanların Təsnifatına dəxil edilib.
Nazirlər Kabineti həmçinin “Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında” qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra informasiya-kommunikasiya texnologiyaları sahəsinə investisiya yardımı Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməyəcək. Bu sahəyə investisiya yardımı İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda cəmləşdiriləcək.