İnşaatçılar prospekti və Landau küçəsi bağlanır
01 iyun 2015 17:16 (UTC +04:00)

İnşaatçılar prospekti və Landau küçəsi bağlanır

0

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

 

ent.az ASC-yə istinadən xəbər verir ki, bu gün saat 22:00-dan səhər saatlarınadək Yasamal rayonu İnşaatçılar prospekti və Landau küçəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar