İnformasiya texnologiyaları barədə standartlar təsdiqləndi
19 sentyabr 2013 15:04 (UTC +04:00)

İnformasiya texnologiyaları barədə standartlar təsdiqləndi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” və AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi” dövlət standartlarını təsdiqləyib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standartlar oktyabrın 1-dən tətbiq ediləcək. Standartlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən işlənilərək Komitəyə təqdim olunub. AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” dövlət standartı verilənlərin paylanmış emalı sahəsində beynəlxalq ünsiyyəti asanlaşdırmaq üçün nəzərdə tutulur. Standartda verilənlərin paylanmış emalına və xüsusən də şəbəkə elementləri və komponentlərinə, şəbəkə topologiyasına, şəbəkə arxitekturasına, şəbəkə funksiya və tətbiqi proqramlarına aid anlayışlara tərif verilir. AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi” dövlət standartında isə sistemin layihələndirilməsi və keyfiyyət təminatı da daxil olmaqla, sistemə olan tələblərin təhlilindən başlamış sistemin tətbiqinə qədər onun bütün həyat dövrünün əsas anlayışlarının tərifləri verilir.

# 965
avatar

Oxşar yazılar