Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov vəzifəsindən azad edilərək nazirin müşaviri təyin olunub.
Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, bu barədə Təhsil Nazirliyindəki mənbə xəbər verib.
Müşavir vəzifəsi aparata rəhbəri postu ilə müqayisədə aşağı vəzifə sayılır.
Qeyd edək ki, bu gün KİV-lərdə İlham Pirməmmədovun Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad edilməsi barədə xəbərlər yayılmışdı.