700 bal topladılar <span style="color:red;">- YENƏ LİSEY MƏZUNLARI
23 iyul 2014 10:39 (UTC +04:00)

700 bal topladılar - YENƏ LİSEY MƏZUNLARI

Azərbaycanda II və III ixtisas qrupları üzrə qəbul imtahanında maksimum nəticə göstərərək 700 bal toplayan abituriyentlərin kimliyi və hansı təhsil müəssisəsini bitirməsi açıqlanıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 20-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən yalnız 2 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb.


II ixtisas qrupunda 700 bal toplayanlardan biri Qədimbəyli Qoşqardır. O, Bakıdakı "Zəkalar" Liseyinin məzunudur. Digər 700 bal toplayan abituriyent isə Rzayev Samirdir. S.Rzayev Bakı Türk Liseyini bitirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2725

Oxşar yazılar