<b>23 dərslik ictimai müzakirəyə çıxarılıb</b>
11 aprel 2016 14:41 (UTC +04:00)

23 dərslik ictimai müzakirəyə çıxarılıb

 

Ümumi təhsil məktəblərinin 9-cu sinifləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş və 2016-2017-ci tədris ilində ilk dəfə istifadəyə veriləcək dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün tərtib edilmiş Azərbaycan dili (http://e-resurs.edu.az/…/b…/azerbaycan-dili-9-ru-derslik.pdf) dərsliyinin də layihəsi ictimai müzakirəyə çıxarılıb.

Beləliklə, ictimai rəyin öyrənilməsi məqsədilə www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilmiş dərslik layihələrinin sayı 23-ə çatıb.

 

Bunlar Ümumi tarix, Azərbaycan tarixi, Azərbaycan dili (tədris dili kimi), Kimya, Ədəbiyyat, Coğrafiya, Biologiya, İnformatika, Təsviri incəsənət, Musiqi, Texnologiya, Russkiy əzık (tədris dili kimi), Russkiy əzık (xarici dil kimi), Muzıka, Literatura, Texnoloqiə, Həyat bilgisi, Riyaziyyat, Fizika, Fiziki tərbiyə, Alman dili, İngilis dili, Azərbaycan dili (tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün) dərslik layihələrindən ibarətdir.

 

Dərslik layihələri ilə bağlı konkret faktlar göstərilməklə, təklif və iradlar [email protected] elektron poçtuna göndərilməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar