İcra Hakimiyyətlərində YOXLAMA
15 iyul 2014 10:27 (UTC +04:00)

İcra Hakimiyyətlərində YOXLAMA

 

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Palatadan məlumat verilib. İclasda Neftçala Rayon İcra Hakimiyyətinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Biləsuvar Suvarma Sistemləri İdarəsinə və Cənub Muğan kanalı İstismar İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq  müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb. 

Kollegiyada, eyni zamanda, Masallı Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan  ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramı müzakirə edilərək təsdiq olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2160

Oxşar yazılar