İcbari tibbi sığorta 2 pilot rayonda tətbiq olunacaq
05 iyul 2016 14:43 (UTC +04:00)

İcbari tibbi sığorta 2 pilot rayonda tətbiq olunacaq

 

 Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən müddət ərzində aparılmış araşdırmaların nəticələrinə dair əlaqədar dövlət qurumları ilə müzakirələr aparır.

 

Agentliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  icbari tibbi sığortanın pilot qaydada tətbiqi ilə bağlı rayonların seçilməsi ilə bağlı araşdırmalar davam edir. Pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək.

 

Qeyd edək ki, pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Fərizə Əhmədova

Oxşar yazılar