Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 24-də I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.
TQDK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 15224 abituriyentdən 1227 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13997 abituriyentdən 29 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 13968 abituriyentin imtahan nəticələri yerləşdirilib.