I siniflərə sənəd qəbulunun vaxtı uzadılıb
05 iyun 2015 15:58 (UTC +04:00)

I siniflərə sənəd qəbulunun vaxtı uzadılıb

0

 

Bakıda I sinfə qəbulla bağlı aparılan sənəd qəbulu prosesinin vaxtı uzadılıb.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərin (digər qanuni nümayəndələr) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb.

 

İyunun 15-dən etibarən 1 sinfə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə (və qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılmış işçi qruplarına təqdim edə biləcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 231

Oxşar yazılar