I sinfə qəbulla bağlı apellyasiya komissiyaları yaradıldı
12 may 2015 15:04 (UTC +04:00)

I sinfə qəbulla bağlı apellyasiya komissiyaları yaradıldı

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2015-2016-cı dərs ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etmək üçün paytaxtın 7 təhsil müəssisəsində apellyasiya komissiyası yaradılıb.

 

İdarənin mətbuat xidmətindən Lent.az-a verilənm məlumata görə, komissiyalar mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən sentyabrın 25-dək fəaliyyət göstərəcək. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 10:00-dan 16:00-dək həyata keçiriləcək. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar