Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın kənd rayonlarında və əyalət şəhərlərində spirtli içkilərin kartsız satışına razılıq verilib. Bunun səbəbi bölgə əhalisinin bu cür alış-veriş üçün zəruri olan karta sahib olmamasıdır. Bu isə alıcı və satıcılarda narazılıq yaradır. Hazırda bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsi nəzərdə tutulur.
***
Gəncədə tütün məmulatları və spirtli içkilər nağd və ya kartla əldə edilə bilər.
Lent.az-ın ganjanews.az saytına istinadən məlumatına görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyəti tapşırıq verib. Tapşırığa müvafiq olaraq, bu gündən etibarən iaşə və ticarət obyektlərində tütün məmulatları və spirtli içkilərin satışı nağd və ya nağdsız (kartla) həyata keçirilə bilər.
Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən etibarın spirtli içkilərin nəğd satışına qadağa qoyulub. Spirtli içki almaq istəyən şəxs ancaq kartla alış-veriş edə bilər.